"Gürcü Arzusu": Rusiyanın birbaşa uçuşların bərpası ilə bağlı qərarını yalnız alqışlaya bilərik

"Gürcü Arzusu": Rusiyanın birbaşa uçuşların bərpası ilə bağlı qərarını yalnız alqışlaya bilərik
# 19 yanvar 2023 09:34 (UTC +04:00)

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Gürcüstanla Rusiya arasında birbaşa uçuşların bərpa olunmasına münasibət bildirib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, partiyanın sədri İrakli Kobaxidze “İmedi” telekanalına açıqlamasında Rusiya tərəfinin bu qərarının alqışlanacağını qeyd edib.

O, vurğulayıb ki, Moskvanın 2019-cu ildə birbaşa uçuşları dayandırmaq qərarı Rusiyada yaşayan milyonlarla gürcünü, eləcə də Gürcüstandan olan etnik azərbaycanlıları və erməniləri çətin vəziyyətdə qoyub.

“Uçuşların bərpa olunması bizim həmvətənlərimiz üçün vacibdir və bu yalnız alqışlana bilər”, - deyə Kobaxidze bildirib.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ötən gün keçirdiyi mətbuat konfransında Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpa oluna biləcəyini qeyd edib. İki ölkə arasında birbaşa uçuşlar 2019-cu ilin iyununda Tbilisidə keçirilən anti-Rusiya mitinqləri ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR