Gürcü kriminal avtoritet Yunanıstanda güllələnib

Afina

© APA | Afina

# 02 yanvar 2022 23:36 (UTC +04:00)

Gürcü əsilli kriminal avtoritet şənbə gecəsi Afinada ailəsinin gözü qarşısında güllələnib.

APA-nın “Ria Novosti”yə istinadla xəbərinə görə, 41 yaşlı kişiyə evinin qarşısında atəş açılıb. Hadisə zamanı kriminal avtoritetin qızı və həyat yoldaşı da yanında olub. Qatil ona 5 dəfə atəş açıb. Hadisə yerindən bir neçə giliz tapılıb.

İlkin ehtimala görə, hadisə hesablaşmaq məqsədilə törədilib. Qətlin sifarişçisinin ölkə xaricində olması da istisna edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR