Gürcüstan müxalifəti sərhəddə Rusiya vətəndaşlarının ölkəyə buraxılmamasını tələb edir - FOTO

Gürcüstan müxalifəti sərhəddə Rusiya vətəndaşlarının ölkəyə buraxılmamasını tələb edir - FOTO
# 28 sentyabr 2022 15:48 (UTC +04:00)

Gürcüstanın müxalif "Droa" partiyası Rusiya ilə sərhəddə yerləşən Yuxarı Lars gömrük-keçid məntəqəsinin yaxınlığında aksiya keçirir.

APA-nın yerli bürosu xəbər verir ki, aksiyaçılar hökumətdən Rusiya ilə quru sərhədlərini bağlamasını və Rusiya vətəndaşlarını ölkəyə buraxmamasını tələb edirlər.

Təşkilatçılar rusiyalıların Gürcüstana kütləvi miqrasiyasının ölkə iqtisadiyyatına ziyan vurduğunu, həmçinin təhlükəsizlik riskləri yaratdığını bildirirlər.

Aksiyaya ukraynalı fəallar də qoşulub.

Əraziyə hüquq mühafizə orqanlarının çox sayda əməkdaşı cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR