Gürcüstanda koronavirusdan ölənlərin sayı 13 860 nəfərə çatıb

Gürcüstanda koronavirusdan ölənlərin sayı 13 860 nəfərə çatıb
# 01 yanvar 2022 12:13 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 103 yoluxma halı qeydə alınıb, 60 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 936 844, ölənlərin sayı isə 13 860 nəfərə çatıb. Virusa yoluxanlardan 896 868 nəfərin sağaldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR