Gürcüstanın Baş naziri Almaniyaya səfərə gedib

Gürcüstanın Baş naziri Almaniyaya səfərə gedib
# 13 sentyabr 2022 15:45 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Almaniyaya rəsmi səfərə gedib.

APA-nın yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Gürcüstanın hökumət başçısı səfər çərçivəsində Almaniyada yüksək səviyyəli görüşlər keçirəcək.

Baş naziri səfərdə xarici işlər naziri İlia Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze müşayiət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR