Gürcüstanın Baş naziri nümayəndə heyəti ilə birlikdə ABŞ-a gedib

İrakli Qaribaşvili

© APA | İrakli Qaribaşvili

# 18 sentyabr 2022 12:36 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili nümayəndə heyəti ilə birlikdə ABŞ-a səfərə gedib.

APA-nın yerli bürosu xəbər verir ki, məlumatı Baş nazirin mətbuat xidməti yayıb. Bildirilib ki, İ. Qaribaşvili səfər çərçivəsində BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak edəcək.

Baş nazirin səfər çərçivəsində Nyu-Yorkda ikitərəfli və yüksək səviyyəli görüşləri planlaşdırılıb.

İrakli Qaribaşvilini səfərdə xarici işlər naziri İlia Darçiaşvili, təhsil və elm naziri Mixeil Çxenkeli və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze müşayiət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR