Gürcüstanın hazırladığı kamikadze dronlarının sınaq uçuşu keçirilib - FOTO

Gürcüstanın hazırladığı kamikadze dronlarının sınaq uçuşu keçirilib - FOTO
# 27 yanvar 2023 10:04 (UTC +04:00)

Gürcüstanın Polşa ilə birgə hazırladığı kamikadze və kəşfiyyat dronlarının sınaq uçuşu olub.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.


Qeyd olunub ki, “WARMATE” (kamikadze) və “FLYEYE” (kəşfiyyat) adlı dronların Krtsanisi poliqonunda keçirilən sınaq uçuşları uğurlu olub. Sınaq uçuşlarının polşalı və gürcü mütəxəssislər tərəfindən həyata keçirildiyi bildirilib.

Məlumata görə “FLYEYE” dronu istənilən iqlim zonasında, çətin meteoroloji və radio-elektron mübarizə şəraitində real zamanlı müşahidə aparmağa imkan verir. “WARMATE” dronunun isə müxtəlif döyüş başlıqlarının olduğu, artıq həm Polşada, həm də NATO-nun digər üzv ölkələrində ordu birləşmələri, eləcə də xüsusi təyinatlı qüvvələr tərəfindən istifadə edildiyi bildirilib.

Gürcüstanın “Delta” müdafiə sənayesi şirkəti tərəfindən yığılmış dronların sınaq nümayişində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də iştirak edib.

Müəssisəsinin illik yüzlərlə dron istehsal etmək qabiliyyətinin olduğu vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR