İbrahim Kalın: Rusiya sanksiyalardan türk bankları vasitəsi ilə yayınmır

İbrahim Kalın

© APA | İbrahim Kalın

# 23 sentyabr 2022 22:51 (UTC +04:00)

Rusiya ona qarşı tətbiq edilən sanksiyalardan türk bankları və iqtisadiyyatı vasitəsi ilə yayınmır, bu iddiaların heç bir əsası yoxdur.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “NTV” kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, “Mir” kartları rusiyalı turistlərin Türkiyədə ödəmə etdiyi bir kartdır.

Kalın əlavə edib ki, sanksiyalar pozulubsa bunun dəlili olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR