İranın Almaniyadakı səfiri XİN-ə çağırılıb

İranın Almaniyadakı səfiri XİN-ə çağırılıb
# 09 dekabr 2022 03:53 (UTC +04:00)

İranın Almaniyadakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA xəbər verir ki, bu barədə “Frans Press” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Diplomat İranda etirazçının edam edilməsi xəbərindən sonra nazirliyə çağırılıb.

Xatırladaq ki, İranda təhlükəsizlik qüvvələrinə hücum etməkdə və yaralamaqda təqsirli bilinən iğtişaşçı Möhsün Şikari edam edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR