İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT heyətlərinin danışıqları başa çatıb - YENİLƏNİB-1

İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT heyətlərinin danışıqları başa çatıb - YENİLƏNİB-1
# 13 iyul 2022 18:35 (UTC +04:00)

İstanbulda Türkiyə, Rusiya Federasiyası və Ukrayna Müdafiə Nazirliklərinin hərbi heyətləri ilə Birləşmiş Millətlər Təşkilatının nümayəndə heyətləri arasında taxıl dəhlizinə dair danışıqlar başa çatıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

***

17:16

İstanbulda Türkiyə, Rusiya Federasiyası və Ukrayna Müdafiə Nazirliklərinin hərbi heyətləri ilə Birləşmiş Millətlər Təşkilatının nümayəndə heyətləri arasında taxıl dəhlizinə dair danışıqlar başlayıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüş Kalender Qəsrində keçirilir.

***

15:34

İstanbulda Türkiyə, Rusiya Federasiyası və Ukrayna Müdafiə Nazirliklərinin hərbi heyətləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş keçirilir.

APA xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Heyətlər Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınmasını müzakirə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR