İstanbuldakı partlayışda çox sayda adam xəsarət alıb - VİDEO - YENİLƏNİB-2

İstanbuldakı partlayışda çox sayda adam xəsarət alıb - VİDEO - YENİLƏNİB-2
# 13 noyabr 2022 18:09 (UTC +04:00)

Xəbərə video əlavə edilib.

***

18:06

İstanbul valisi Əli Yerlikaya hadisə ilə bağlı açıqlama verib.

APA Türkiyə mediasına istinadən bildirir ki, Yerlikaya açıqlamasında bunları deyib:

"Bu gün saat 16.20 radələrində Beyoğlu bölgəsində Taksim İstiqlal küçəsində partlayış baş verib. Hadisə yerinə polis, yanğınsöndürənlər, təcili yardım və xilasedicilər cəlb olunub. Ölən və yaralananlar var. Hadisələr ictimaiyyətlə paylaşılacaq".

Partlayışın səbəbi hələlik məlum deyil.

***

17:44

İstanbulun məşhur İstiqlal küçəsində partlayış baş verib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Hadisədən sonra əraziyə çoxlu sayda təcili yardım və polis briqadaları göndərilib.

Partlayış nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

Partlayışın səbəbi hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR