İstanbuldakı partlayışda yaralananların sayı 81-ə çatıb - YENİLƏNİB-1 - VİDEO

İstanbuldakı partlayışda yaralananların sayı 81-ə çatıb  - YENİLƏNİB-1   - VİDEO
# 13 noyabr 2022 21:48 (UTC +04:00)

İstanbulun İstiqlal prospektindəki partlayışda yaralananların sayı 81-ə çatıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

APA-nın İstanbul müxbirinin xəbərinə görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib. Oktayın sözlərinə görə, terror aktını 1 qadının törətdiyi ehtimal edilir.

***

19.23

İstanbulda partlayışda ölənlərin sayı 6 nəfərdir. 4 nəfər hadisə yerində həyatını itirib.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, yaralı sayı 53-dür.

Türkiyə lideri diqqətə çatdırıb ki, bu rəqəmləri İstanbul valisindən əldə edib.

Qeyd edək ki, 2 nəfər xəstəxanada həyatını itirib.

***

18:55

İstanbulda baş verən partlayışda ilkin məlumatlara əsasən 4 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya məlumat verib.

O qeyd edib ki, İstiklal küçəsində baş verən partlayışda ilkin olaraq 4 nəfər ölüb, 38 nəfər xəsarət alıb: "Hazırda hadisə yerində araşdırmalar aparılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR