İsveç səfiri Türkiyə XİN-ə çağırılıb

İsveç səfiri Türkiyə XİN-ə çağırılıb
# 21 noyabr 2022 19:22 (UTC +04:00)

İsveçin Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə APA-nın İstanbul müxbirinə diplomatik mənbələrdən bildirilib.

Qeyd olunub ki, İsveçin Ankaradakı səfirindən PKK-ya bağlı ünsürlər tərəfindən Türkiyənin bu ölkədəki səfirliyinin binasına terror təşkilatının təbliğatını və ölkə prezidentinin ünvanına təhqiredici görüntülər əks etdirən bəyanat və fotoşəkillərin proyeksiya edilməsi halının araşdırılması tələb edilib.

Bundan əlavə, Türkiyənin İsveçdən NATO-nun Madrid sammiti çərçivəsində imzalanan Üçtərəfli Memorandumda qeyd olunan öhdəlikləri yerinə yetirməsini gözlədiyi də vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR