İtaliyada daşqınlarda ölənlərin sayı artıb - VİDEO

İtaliyada daşqınlarda ölənlərin sayı artıb  - VİDEO
# 18 sentyabr 2022 02:26 (UTC +04:00)

İtaliyada 2 gün əvvəl başlayan daşıqnlarda ölənlərin sayı artıb.

APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, təbii fəlakət nəticəsində 11 nəfərin ölümü rəsmi təsdiq olunub. Daha 2 nəfər itkin düşmüş hesab edilir.

Ankona şəhərinə 2 sutka ərzində aylıq normadan 6 dəfə çox yağıntı düşüb. Sel suları evləri uçurub, çox sayda ağacı kökündən çıxarıb. Ölkənin cənubunda isə fırtına nəticəsində göyərtəsində 870 sərnişin olan səyahət gəmisinin avar vintləri qırılıb. Norveçə məxsus gəmi doka gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR