KİV: Avstriyada Rusiyaya bağlı 200-dən çox hesab dondurulub

KİV: Avstriyada Rusiyaya bağlı 200-dən çox hesab dondurulub
# 15 may 2023 17:56 (UTC +04:00)

Avstriyada Rusiyaya qarşı sanksiyalar çərçivəsində 200-dən çox hesab dondurulub.

APA-nın xəbərinə görə, bu barədə yerli “Kurier” nəşri ölkənin Daxili İşlər Nazirliyinə istinadən yazıb.

Nəşrin məlumatına görə, Avstriya hökuməti bəzi daşınmaz əmlak obyektlərini də dondurub və bu da onların yenidən satışını mümkünsüz edir.

Qeyd olunub ki, Avstriya Daxili İşlər Nazirliyi Rusiyaya qarşı sanksiyalar çərçivəsində sanksiya siyahısına daxil edilmiş şəxslərin aktivlərinin axtarışı ilə məşğul olan ayrıca işçi qrup yaradıb.

Hazırda Avropa İttifaqı tərəfindən 1473 fiziki şəxsə və 207 müəssisəyə məhdudiyyətlər qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR