KİV: Danimarka və Niderland Ukraynaya namizəd statusu verilməsinin əleyhinədir, Almaniya isə şərt qoyur

KİV: Danimarka və Niderland Ukraynaya namizəd statusu verilməsinin əleyhinədir, Almaniya isə şərt qoyur
# 10 iyun 2022 15:41 (UTC +04:00)

Avropa Komissiyası gələn həftə Ukraynaya Avropa İttifaqına (Aİ) üzvlük namizədi statusu verilməsi məsələsinə rəy bildirəcək.

APA-nın xəbərinə görə, bu barədə “Bloomberg” anonim mənbələrinə istinadən məlumat paylaşıb.

Bildirilib ki, Aİ komissarları tərəfindən müzakirə və qəbul edilməli olan tövsiyə qanunun aliliyi və antikorrupsiya qanunvericiliyi ilə əlaqəli şərtləri ehtiva edəcək.

Qeyd olunub ki, Avropa Komissiyasının mövqeyi müsbət olsa belə, Ukraynaya rəsmi şəkildə namizəd statusunun verilməsi üçün əvvəlcə üzv ölkələr bunu dəstəkləməlidir.

Məlumata görə, Niderland da daxil olmaqla, bəzi ölkələr artıq Kiyevin müraciətinə müsbət cavab verilməsinin əleyhinə olduqlarını bildiriblər.

Danimarkanın məsələ ilə əlaqədar diplomatik notasında qeyd olunub ki, Ukrayna demokratiyanı təmin edən dövlət qurumlarının sabitliyi, qanunun aliliyi, insan haqları, azlıqların qorunması və hörmət kriteriyalarına cavab vermir. Notada qeyd olunub ki, həmin məsələlərlə bağı tərəqqi əldə edilməsi üçün Kiyev öz qanunvericilik və institutsional çərçivəsini fundamental şəkildə inkişaf etdirməlidir.

Almaniya isə Ukrayna üçün nəticənin şərti namizəd statusu olmasının tərəfdarı olduğunu bildirib.

İtaliya, Polşa, Litva, İrlandiya və Estoniya isə Ukraynaya status verilməsini dəstəkləyir.

Aİ liderlərinin 23-24 iyun tarixlərində Brüsseldə məsələni müzakirə etməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR