Polşa və Litva Rusiyaya qarşı 10-cu sanksiya paketi çərçivəsində ölkənin nüvə sektoruna da məhdudiyyətlərin tətbiq olunmasını istəyir.
APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının iki ölkəsindən olan yüksək vəzifəli məmur məlumat verib.
Onlar Polşa və Litvanın Aİ-nin Rusiyanın “Rosatom” şirkəti ilə əməkdaşlığı dondurmağı, onun rəhbərliyini “qara siyahı”ya salmağı təklif edir.
Bundan başqa, 10-cu sanksiya paketi çərçivəsində Rusiyanın daha çox KİV-nin yayımının məhdudlaşdırılması, daha çox Rusiya bankının “SWIFT” beynəlxalq pul köçürmə sistemindən çıxarılmasını təklif olunub.
Paketdə Rusiya ilə yanaşı, Belarusa qarşı sanksiyaların genişləndirilməsi də nəzərdə tutulub.