Kiyev vilayətində həlak olan mülki vətəndaşların sayı açıqlanıb

Kiyev vilayətində həlak olan mülki vətəndaşların sayı açıqlanıb
# 05 iyul 2022 11:33 (UTC +04:00)

Rusiyanın Ukraynaya qarşı apardığı müharibə nəticəsində Kiyev vilayətində ölənlərin sayı açıqlanıb.

APA xəbər verir ki, bu barədə Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri Oleksiy Kuleba "RBK - Ukraina"ya müsahibəsində deyib.

“Rusiyanın təcavüzü nəticəsində rəsmi olaraq bu gün ölmüş hesab etdiyimiz mülki şəxslərin sayı 1 339 nəfərdir. 700-ə yaxın insanın silahla öldürüldüyü, yəni güllə yaralarının olduğu sənədləşdirilib. Amma bu rəqəm, təəssüf ki, hər həftə artır, çünki yeni hallar aşkarlanır”, - o bildirib.

Kiyev vilayətinin hərbi administrasiyasının məlumatına görə, vilayətdə 26 minə yaxın obyekt zədələnib və ya dağıdılıb ki, onlardan 5 minə yaxını fərdi ev və təxminən 170-i hündürmərtəbəli binadır.

Eyni zamanda, 4 məktəb, 6 uşaq bağçası və iki xəstəxana tamamilə dağıdılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR