Kiyevə hava zərbəsi zamanı 6 nəfər xəsarət alıb

Kiyevə hava zərbəsi zamanı 6 nəfər xəsarət alıb
# 28 aprel 2022 23:33 (UTC +04:00)

Rusiya ordusunun Kiyevə raket zərbəsi zamanı 6 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko məlumat yayıb.

Qeraşenko bildirib ki, raketlər Krımdan atılıb. Onlar paytaxtdakı yeni tikiliyə düşüb. Məskunlaşma az olduğundan tələfat yüksək deyil. Hadisə yerində xilasedicilər işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR