Kiyevə raket zərbələri zamanı 10 nəfər ölüb, 35 nəfər yaralanıb - YENİLƏNİB-1

Kiyevə raket zərbələri zamanı 10 nəfər ölüb, 35 nəfər yaralanıb - YENİLƏNİB-1
# 24 noyabr 2022 00:56 (UTC +04:00)

Rusiya ordusunun Kiyevə hava zərbələri nəticəsində ölən və yaralananların sayı artıb.

APA xəbər verir ki, bu barədə Kiyev vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Kuleba "Twitter"də bildirib.

O, raket zərbələri zamanı 10 nəfərin öldüyünü, 35 nəfərin yaralandığını bildirib.

***

19.07

Rusiya ordusunun Kiyevə hava zərbələri nəticəsində ölənlər və yaralananların sayı artıb.

APA xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko "Twitter"də bildirib.

O, raket zərbələri zamanı 4 nəfərin öldüyünü, 21 nəfərin yaralandığını bildirib.

***

17:29

Rusiyanın hərbi qüvvələrinin Kiyevə hava zərbələri nəticəsində ölənlər və yaralananlar var.
APA xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko "Twitter"də bildirib.
"Rusiyanın Kiyevə endirdiyi raket zərbələri nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Kiyev vilayəti üzrə Milli Polis İdarəsinin rəisi Andrey Nebitov da ölənlərin olduğunu bildirib.
Qeyd edək ki, günorta saatlarından etibarən Rusiya qüvvələri Ukraynanın müxtəlif şəhərlərinə kütləvi zərbələr endirib.
Ukraynanın qərbində yerləşən Lvov şəhərinin elektrik təchizatı hədəf alınıb. Lvovun meri Andrey Sadovıy bütün şəhərin elektriksiz qaldığını bildirib və sakinləri sığınacaqlara getməyə çağırıb.
Kiyevin meri bildirib ki, şəhərin kritik infrastruktur və yaşayış binaları vurulub.
Kiyev və Lvovdan gələn yeni xəbərlərdən bir qədər əvvəl isə rəsmilər Ukraynanın cənubunun yenidən hücumlara məruz qaldığını bildiriblər. Nikolayev vilayətinin qubernatoru cənub və şərqdən gələn çoxlu raketlər barədə xəbərdarlıq edib.

Lvov, İvano-Frankivsk, Kiyev, Vinnitsa, Nikolayev, Çerkassı və Xersonun zərbələrə məruz qaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR