Kreml Rusiya, Ukrayna və BMT nümayəndələrinin görüş ehtimalına toxunub

Kreml Rusiya, Ukrayna və BMT nümayəndələrinin görüş ehtimalına toxunub
# 01 iyun 2022 16:20 (UTC +04:00)

Rusiya, Ukrayna və BMT nümayəndə heyətlərinin İstanbulda görüşü ilə bağlı dəqiq təsəvvür yoxdur.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Təbii ki, bütün bunlar üçün yalnız bir məzmun var. Bəli, doğrudan da, burada bütün hadisələr dolayısı ilə bağlıdır. Amma belə bir görüşlə bağlı hələlik dəqiq təsəvvür yoxdur", - Peskov xarici işlər naziri Sergey Lavrovum qarşıdakı Türkiyə səfərinin Rusiya,Ukrayna və BMT nümayəndə heyətlərinin İstanbul görüşünün keçirilməsi təklifi ilə bağlı olub-olmaması sualına cavabında deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR