La Manş  boğazında 190 miqrant xilas edilib

La Manş  boğazında 190 miqrant xilas edilib
# 04 sentyabr 2022 03:34 (UTC +04:00)

Son sutkada La Manş boğazından Britaniyaya keçmək istəyərkən risklə üzləşən 190 miqrant xilas edilərək Fransa ərazisinə qaytarılıb.

APA xəbər verir ki, bu barədə Kale prefekturası məlumat yayıb.

Patrul gəmiləri miqrantları xilas etmək üçün 3 əməliyyat keçirib.

Qeyd edək ki, La-Manşdakı tunelin girişi beton və tikanlı məftillə əhatə olunduqdan sonra dəniz yolu ilə Britaniyaya keçmək istəyənlərin sayı artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR