Lend-liz çərçivəsində Ukraynaya hərbi yardımlar hələ başlamayıb

Aleksey Danilov

© APA | Aleksey Danilov

# 18 iyun 2022 13:47 (UTC +04:00)

ABŞ-ın lend-liz qanunu çərçivəsində Ukraynaya hərbi yardımları hələ başlamayıb.

APA “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

“Prosedurlar var. Lend-Liz yardımı hələki başlamayıb. Amma lend-liz qanununun təsdiqlənməsi bizim üçün çox müsbət qərardır. Lend-liz yardımları gələcək, sual budur ki, nə vaxt? Yenə ona qayıdırıq ki, müharibə vaxtı saat hər kəs üçün fərqli işləyir. Bəziləri üçün bir gün bir gün kimi keçir. Amma bizim üçün tamam fərqli ölçülər var”, - Danilov deyib.

Danilov lend-liz qanunu çərçisində Ukraynaya hərbi yardımların 2022-ci ilin iyul-sentyabr aylarında başlaya biləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR