Londonda dəmir yolu stansiyasında yanğın olub

Londonda dəmir yolu stansiyasında yanğın olub
# 17 avqust 2022 14:39 (UTC +04:00)

Londonda dəmir yolu stansiyasında yanğın baş verib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Londonun "Southwark" dəmir yolu stansiyasının tağlarında baş verən yanğından sonra "Southwark" və "London Bridge" stansiyalarına qatarların hərəkəti ləğv olub, qatar stansiyası yaxınlığındakı bir sıra binalar boşaldılıb.

London Yanğınsöndürmə Briqadası bildirib ki, hadisə yerinə 10 yanğınsöndürən maşın və təxminən 70 yanğınsöndürən cəlb olunub.

Yanğının "Southwark" stansiyasındakı dəmiryol tağlarının altındakı avtomobil dayanacağına keçdiyi, bir neçə elektrik avtomobilinin yandığı da bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR