Madrid Sammitində Ukrayna üçün hərtərəfli yardım paketi ilə bağlı razılıq əldə ediləcək

Madrid Sammitində Ukrayna üçün hərtərəfli yardım paketi ilə bağlı razılıq əldə ediləcək
# 28 iyun 2022 16:12 (UTC +04:00)

NATO-nun Madrid Sammitində Ukrayna üçün hərtərəfli yardım paketi ilə bağlı razılıq əldə ediləcək.

APA xəbər verir ki, bu barədə alyansın Baş katibi Yens Stoltenberq Madriddə İspaniya Baş naziri Pedro Sançezlə mətbuata birgə açıqlamasında deyib.

“Madrid Sammiti çox önəmli olacaq. Biz yeni strateji konsepsiya ilə bağlı, Madrid Strateji Konsepsiyası ilə bağlı razılıq əldə edəcəyik. Bu, təhlükəli və təxmin edilməyən hazırkı dünyada NATO-nun fəaliyyət planı olacaq. Biz yayındırma və müdafiə ilə bağlı daha çox yüksək hazırlıqlı qüvvələr, daha çox ön xətt müdafiəsi, daha çox əvvəlcədən yerləşdirilmiş vasitələri nəzərdə tutan əsaslı dəyişikliklərlə bağlı razılaşacağıq. Biz Ukraynanın özünümüdafiəsi üçün hərtərəfli yardım paketi ilə bağlı razılıq əldə edəcəyik”, - Baş katib qeyd edib.

Stoltenberq əlavə edib ki, Ukrayna bu gün İkinci Dünya müharibəsindən sonra Avropada görünməmiş qəddarlıqla üzləşib.

Baş katib sammit çərçivəsində Finlandiya və İsveçin NATO-ya qoşulması istiqamətində proqress olacağına ümid edildiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR