Moldovada fövqəladə vəziyyət daha 60 gün uzadılıb

Moldovada fövqəladə vəziyyət daha 60 gün uzadılıb
# 30 mart 2023 18:41 (UTC +04:00)

Moldova parlamenti hökumətin ölkədə fövqəladə vəziyyətin 60 gün müddətinə uzadılması ilə bağlı təklifini qəbul edib.

APA xəbər verir ki, qərar parlamentin təklifi müzakirə etməsindən sonra qəbul edilib.

Fövqəladə vəziyyətin uzadılmasının səbəbi kimi Ukraynadakı müharibə, qaz və elektrik enerjisi çatışmazlığı ilə bağlı enerji böhranı, həmçinin hibrid müharibəyə qarşı mübarizə göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR