NATO Baş katibi Finlandiya və İsveçin öhdəliklərini yerinə yetirdiyini bildirib

NATO Baş katibi Finlandiya və İsveçin öhdəliklərini yerinə yetirdiyini bildirib
# 21 noyabr 2022 14:44 (UTC +04:00)

Finlandiya və İsveçi NATO-ya tam hüquqlu üzv kimi qəbul etməyin zamanı çatıb.

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq NATO Parlament Assambleyasının Madriddə keçirilən 68-ci sessiyasında çıxışı zamanı deyib.

“Biz Madrid Sammitində Finlandiya və İsveçi NATO-ya üzv kimi dəvət edərək böyük iş gördük. Alyansın 30 üzvündən 28-i artıq üzvlük protokolunu təsdiqləyib. Türkiyə, Finlandiya və İsveç arasında üçtərəfli memorandum imzalandı və bu memoranduma uyğun olaraq, bu ölkələr öz öhdəliklərini yerinə yetirib”, - NATO Baş katibi vurğulayıb.

O qeyd edib ki, iki ölkənin üzvlüyü Alyansın güclənməsinə və Avropanın təhlükəsizliyinə töhfə verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR