NATO ilə Finlandiya və İsveç nümayəndələri arasında üzvlük danışıqları keçiriləcək

NATO ilə Finlandiya və İsveç nümayəndələri arasında üzvlük danışıqları keçiriləcək
# 04 iyul 2022 15:08 (UTC +04:00)

İyulun 4-də NATO qərargahında NATO rəsmiləri ilə Finlandiya və İsveç nümayəndələri arasında üzvlük danışıqları keçiriləcək.

APA xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 5-də müttəfiqlər Finlandiya və İsveç üçün üzvlük Protokollarını imzalayacaqlar.

İmzalanma mərasimindən sonra NATO Baş katibi Yens Stoltenberq Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və İsveçin xarici işlər naziri Ann Linde ilə birgə mətbuat konfransı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR