Nazir müavini: “Ukraynada məhsuldarlıq 40% azala bilər”

Nazir müavini: “Ukraynada məhsuldarlıq 40% azala bilər”
# 10 iyun 2022 03:34 (UTC +04:00)

Ukraynada bu mövsüm məhsuldarlıq 40% azala bilər.

APA xəbər verir ki, bu barədə Ukraynanın aqrar siyasət və ərzaq nazirinin müavini Taras Vısotski CNN-ə müsahibəsində bildirib.

“Biz bu mövsümdə məhsuldarlığın 35-40%, yəni 30 milyon ton az olacağını gözləyirik” – deyə Vısotski bildirib.

Nazir müavini əlavə edib ki, Ukrayna əkinə yararlı torpaqların 25%-ni itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR