Nazir: “Ukraynada infrastrukturun 30%-ə qədəri məhv olub”

 Nazir: “Ukraynada infrastrukturun 30%-ə qədəri məhv olub”
# 22 iyun 2022 03:26 (UTC +04:00)

Müharibə nəticəsində Ukrayna infrastrukturunun 30%-ə qədəri məhv olub.

APA xəbər verir ki, bunu Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov Fransanın “Le Monde” nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, 4 aydır davam edən müharibədə yollar, körpülər, limanlar, dəmir yolları, hava limanları zədələnib. Nazir Ukrayna iqtisadiyyatına dəymiş birbaşa ziyanın ümumi məbləğinin 106 milyard dollar olduğunu bildirib.

Kubrakovun sözlərinə görə, dağıntılardan ən çox Mariupol, Xarkov, Çerniqov, Severodonetsk və Lisiçansk zərər çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR