Niderlandda Rusiya və Çinin proqram təminatlarını telefonlardan silmək tövsiyə edilib

Niderlandda Rusiya və Çinin proqram təminatlarını telefonlardan silmək tövsiyə edilib
# 22 mart 2023 05:22 (UTC +04:00)

Niderland hökuməti məmurlara Rusiya, Çin, Şimali Koreya və İran şirkətlərinin proqram təminatlarını cihazlardan silməyi tövsiyə edib. Hökumət bu ölkələrin kiberproqramlarını “aqressiv” hesab edir.

APA-nın xəbərinə görə, bu barədə “Politico” ölkənin rəqəmsallaşma üzrə dövlət katibi Aleksandra Van Haffelenin məktubuna istinadən yazıb.

Bundan əvvəl Aleksandra Van Haffelen xüsusi xidmət orqanlarına TikTok tətbiqinin hökumət telefonlarında istifadəsi ilə bağlı mümkün riskləri öyrənməyi tapşırmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR