Fransa paytaxtından bir neçə kilometr aralıda yerləşən anbarlarda 200-ə yaxın yanğınsöndürən böyük yanğınla mübarizə aparır.
APA xəbər verir ki, gecə saatlarında Fransada yanğın təxminən 8 min kvadratmetr anbar sahəsini əhatə edib. İlkin məlumatlara görə, tekstil, elektrik skuterlər və akkumulyatorlar yanıb.
yanğınsöndürmə işlərinə 200-ə yaxın adam cəlb olunub, lakin onlar hələ də yanğını lokallaşdıra bilməyiblər.
Yanğının səbəbləri və zərərçəkənlər barədə məlumatlar araşdırılır.