Patriarx Kirillin Litvaya girişi qadağan edilib

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kiril

© APA | Moskvanın və Bütün Rusiyanın Patriarxı Kiril

# 27 iyul 2022 15:19 (UTC +04:00)

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Litvaya girişi qadağan edilib.

APA LRT-yə istinadən xəbər verir ki, bu barədə Litvanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Din xadimi iyunun 23-də heç bir açıqlama verilmədən “arzuolunmaz şəxslər”in siyahısına daxil edilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, “Patriarx Kirill Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qəsdən inkar etdiyinə, Rusiyanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan təcavüzkar hərəkətlərinə haqq qazandırdığına və dəstəklədiyinə görə siyahıya salınıb”.

“Vladimir Putinin yaxın adamı olan Patriarx Kirill Ukraynaya qarşı müharibənin ən fəal tərəfdarlarından biridir və dəfələrlə Rusiyanın təcavüzü barədə açıq və müsbət danışıb”, - nazirliyin şərhində qeyd olunub.

Patriarx Kirill ən azı 23 iyun 2027-ci ilə qədər Litvaya səfər edə bilməyəcək.

Qeyd edək ki, Litva bu ilin yazında Avropa İttifaqı səviyyəsində Kirillə qarşı sanksiyalar təklif edib, lakin onun adı Macarıstanın təkidi ilə Aİ-nin iyunda qəbul etdiyi altıncı sanksiya paketindən çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR