Podolyak BMT-ni zəif təşkilat adlandırıb

Ukrayna Prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak

© APA | Ukrayna Prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak

# 28 aprel 2022 00:15 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Birləşmiş Millətlər Təşkilatını (BMT) tənqid edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, o BMT-ni “zəif təşkilat” adlandırıb.

O, BMT-nin baş katibi Antonio Quterreşin Ukraynada sülhün bərqərar olması səyləri çərçivəsində əvvəlcə Rusiyaya, daha sonra Kiyevə getməsinə reaksiya verib.

“Mən təəccüblənirəm ki, BMT kimi təşkilatın nümayəndələri Ukraynaya deyil, ilk növbədə Rusiya Federasiyasına gedirlər. Yalnız müharibənin 63-cü günündə humanitar dəhlizlərdən danışmağa başlamaları qəribə səslənir. BMT zəif təşkilatdır”, - deyə Podolyak bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR