Podolyak Rusiyaya güzəştə getməyi təklif edənlərə cavab verib

Mixail Podolyak

© APA | Mixail Podolyak

# 28 may 2022 13:00 (UTC +04:00)

Ukrayna Prezident Administrasiyası Rusiya ilə müharibədə güzəştə getməyi təklif edənlərə cavab verib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərini müşaviri Mixail Podolyak "Twitter"də bildirib.

“Ərazi güzəştlərinə və yeni qanlı delimitasiya xəttinə razılıq verməklə, Ukraynaya müharibəni dayandırmağı təklif edənlərin hamısına 13 milyon məcburi miqrantı dəstəkləmək üçün ömürlük Ümumi Fond yaratmağı təklif edirəm. Çünki yaxınlıqda Rusiya kimi barbar varsa, heç kim evə qayıtmayacaq”, - Podolyak qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR