Polşa Ukraynaya əlavə 60 tank göndərməyə hazırlaşır

PT-91 Twardy

© APA | PT-91 Twardy

# 27 yanvar 2023 13:11 (UTC +04:00)

Polşa hökuməti Ukraynaya hərbi yardım çərçivəsində 14 ədəd Almaniya istehsalı “Leopard 2” ilə yanaşı, əlavə 60 tank göndərməyə hazırlaşır.

APA xəbər verir ki, bunu Polşa Baş naziri Mateuş Moravietski “CTV News” kanalına müsahibəsində deyib.

Moravietski qeyd edib ki, digər 60 ədəd tankın 30-u “PT-91 Twardy” texnikasıdır ki, onlar da sovet istehsalı Т-72М1 tanklarının təkmilləşdirilmiş versiyasıdır.

Xatırladaq ki, indiyə qədər Polşa hökuməti Ukraynaya 200 ədəd T-72 tankı göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR