Polşa XİN başçısı Varşavada rusiyalı səfirə hücumu pisləyib

Polşa XİN başçısı Varşavada rusiyalı səfirə hücumu pisləyib
# 09 may 2022 18:04 (UTC +04:00)

Bu gün sovet əsgərlərinin məzarına Rusiuya səfirinin əklil qoyması zamanı baş verən insident hər mənada təəssüf doğurur.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Polşa xarici işlər naziri Zbiqnev Rau Rusiyanın Polşadakı səfiri Sergey Andreyevə qırmızı boya atılması ilə nəticələnən insidenti şərh edərkən söyləyib. O bu hadisənin baş verməməli olduğunu vurğulayıb.

Ölkənin daxili işlər naziri Mariuş Kaminski isə səfirə hücum edən ukraynalı qadınların emosiyalarını anladığını, onların həyat yoldaşlarının cəsarətlə vətənlərini qoruduqlarını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR