"Qazprom" Latviyaya qaz təchizatını dayandırdığını bildirib

"Qazprom" Latviyaya qaz təchizatını dayandırdığını bildirib
# 30 iyul 2022 11:33 (UTC +04:00)

Rusiyanın qaz istehsalçısı "Qazprom" Latviyaya qaz təchizatını dayandırdığını bildirib.

APA "Reuters"ə istinadən xəbər verir ki, "Qazprom" Latviyanı qaz alışı ilə bağlı şərtləri pozmaqda ittiham edib.

Bu addım Latviyanın enerji firması "Latvijas Gaze"nin Rusiyadan qaz aldığını və "Qazprom" ilə ticarət zamanı tələb olunan vəsaitin rublla deyil, avro ilə ödədiyini deməsindən bir gün sonra atılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR