Rusiya ordusunun hava zərbələri nəticəsində Odessa aeroportunun uçuş zolağı sıradan çıxıb.
APA-nın xəbərinə görə, bu barədə Ukraynanın Cənub ordu komandanlığı məlumat yayıb.
Məlumatda bildirilir ki, raket zərbələri Odessa aeroportunun uçuş-enmə zolağını dağıdıb. Zolaqdan istifadə mümkün deyil.