Rusiya ordusu Xarkovda qaz emalı zavodunu raket atəşinə tutub

Rusiya ordusu Xarkovda qaz emalı zavodunu raket atəşinə tutub
# 18 iyun 2022 21:03 (UTC +04:00)

Xarkov vilayətinin İzyum rayonunda Rusiya ordusu qaz emalı zavodunu atəşə tutub.

APA xəbər verir ki, bu barədə Xarkov Vilayəti Hərbi Administrasiyasının sədri Oleq Sinegubov “Telegram”da məlumat verib.

Hadisə nəticəsəində genişmiqyaslı yanğının başladığı bildirilir.

“İzyum bölgəsində qaz emalı zavodunu atəşə tutulub. İlkin məlumatlara görə, ruslar ərazini bir neçə raketlə vurub. Yaşayış evlərinə ziyan dəyib. Genişmiqyaslı yanğın başlayıb", - deyə Oleq Sinegubov bildirib.

Hazırda xilasedicilər yanğının qarşısını almaq üçün iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR