Rusiya ordusu Xerson vilayətinə 200-dən çox mərmi atıb: çoxlu sayda yaralı var

Rusiya ordusu Xerson vilayətinə 200-dən çox mərmi atıb: çoxlu sayda yaralı var
# 26 mart 2023 10:31 (UTC +04:00)

Ötən sutka ərzində Rusiya ordusunun Xerson vilayətinin atəşə tutulması zamanı 200-dən çox mərmi atıblar.

APA xəbər verir ki, bu barədə Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin öz Telegram səhifəsində məlumat verib.

“Son sutka ərzində düşmən 49 hücum həyata keçirib, ağır artilleriya və “Qrad”lardan 210 mərmi atılıb” – o deyib.

Eyni zamanda bildirilib ki, O cümlədən, Rusiya tərəfi Xerson şəhərini üç dəfə atəşə tutub: 13 mərmi yaşayış məntəqələrinə, şəxsi və yaşayış binalarına, əraziyə və məktəb binasına düşüb.

"Təəssüf ki, 9 nəfər yaralanıb", - Prokudin bildirib.

Onun sözlərinə görə, dünən rayonun işğal olunmuş ərazisindən 91 nəfər təxliyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR