Rusiya XİN Cenevrə görüşü öncəsi ABŞ-ı ittiham edib

Rusiya XİN Cenevrə görüşü öncəsi ABŞ-ı ittiham edib
# 10 yanvar 2022 11:36 (UTC +04:00)

“Cenevrə görüşündən əvvəl ABŞ-ın Rusiya Federasiyası ilə təhlükəsizlik zəmanətləri ilə bağlı dialoqa yanaşmaları Moskva üçün təəccüblü olmadı, görək sonda nə olacaq”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Əvvəlcədən aydın idi ki, onların xətti bizim ideyalarımızı, təkliflərimizi və yanaşmalarımızı son onilliklərdə inkişaf etmiş diplomatiya nöqteyi-nəzərindən texnoloji mühitə daxil etməkdir”, - deyə nazir müavini əlavə edib.

Ryabkov ABŞ-ın bütün məsuliyyəti ATƏT-in üzərinə yıxmağa üstünlük verdiyini bildirib.

O, Vaşinqtonun Rusiya ilə ikitərəfli dialoq aparmaqdan ümumiyyətlə narahat olduğunu söyləyib.

Qeyd edək ki, Rusiyanın ötən ilin dekabrın 18-də irəli sürdüyü təhlükəzilik zəmanətləri ilə bağlı təkliflər paketi əsasında Rusiya-ABŞ dialoqu başlayıb.

Yanvarın 9-da Cenevrədə başlayan dialoq daha sonra Brüssel və Vyanada davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR