Rusiyalı diplomat İsveç XİN-ə çağırılıb

Rusiyalı diplomat İsveç XİN-ə çağırılıb
# 01 may 2022 21:54 (UTC +04:00)

Rusiyanın Stokholmdakı səfirliyinin nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Ann Linde İsveç radiosuna müsahibəsində bildirib.

Məlumata görə diplomatın nazirliyə çağırılmasına səbəb Blekinge əyalətinin cənubunda Rusiyanın “An-30” təyyarəsinin ölkənin hava məkanına daxil olması olub.

“Hava sərhədlərinin pozulması olanda biz reaksiya verməli və bunun qəbuledilməz olduğunu söyləməliyik. Təbii ki, biz səfirliyə müraciət edirik və nümayəndə etirazı qəbul etmək üçün Xarici İşlər Nazirliyinə gəlməlidir”.

Bir gün əvvəl İsveç Müdafiə Nazirliyi Rusiyanı “An-30” təyyarəsinin hava məkanına daxil olması barədə məlumat yayıb.

Hava gəmisinin aprelin 29-na keçən gecə sərhədləri keçdiyi həmçinin qısa müddət ərzində ölkə daxilində qaldığı iddia edilib.

İsveç Müdafiə Nazirliyinin məlumatına görə, İsveç hava məkanını keçdiyi iddia edilən Rusiya təyyarəsi döyüş təyyarələri tərəfindən müşayiət olunub və fotoşəkilləri çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR