“Ryanair”in təyyarəsinə bomba qoyulması xəbəri yalan çıxıb - YENİLƏNİB

“Ryanair”in təyyarəsinə bomba qoyulması xəbəri yalan çıxıb - YENİLƏNİB
# 22 yanvar 2023 22:45 (UTC +04:00)

Afinaya enən “Ryanair” aviaşirkətinə məxsus təyyarəyə bomba qoyulması ilə bağlı məlumatın yalan olduğu üzə çıxıb.

APA-nın məlumatına görə, bu barədə Yunanıstanın ERT-1 telekanalı məlumat yayıb.

Bildirilib ki, “Boeing 738” tipli təyyarə yerli vaxtla saat 17:40-da (Bakı vaxtı ilə 19:40) Afina Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib.

Sərnişinlər və ekipaj üzvləri təxliyə edilib. Sərnişinlər və baqajda partlayıcı maddə olub-olmaması yoxlanılıb.

Hava gəmisində heç bir partlayıcı qurğu aşkar edilməyib.

***

20.33

Polşadan qalxan İrlandiyanın “Ryanair” aviaşirkətinə məxsus təyyarənin ekipajı hava gəmisində bomba olması ilə bağlı məlumat alıb.

APA-nın Yunanıstanın EPT-1 telekanalına istinadən verdiyi məlumata görə, hava gəmisi Yunanıstan HHQ-nə məxsus F-16 qırıcılarının müşayiəti ilə Afina Beynəlxalq Hava Limanına uçur.

Hava limanında laynerin enişdən sonra dayanacağı xüsusi zona hazırlanıb. Əraziyə xüsusi təyinatlı polis bölmələri göndərilib.

Bildirilir ki, “Boeing 738” tipli təyyarənin göyərtəsində 192 nəfər var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR