Son 2 ayda Ukraynaya 300 min tondan çox humanitar yardım çatdırılıb

Son 2 ayda Ukraynaya 300 min tondan çox humanitar yardım çatdırılıb
# 04 may 2022 11:51 (UTC +04:00)

Son iki ay ərzində Ukraynaya xaricdən 300 min tondan çox humanitar yardım çatdırılıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezidentinin müşaviri Darya Zarivna keçirdiyi brifinqdə bildirib.

“Martın ilk günlərindən maya qədər Ukrayna 304 min tondan çox humanitar yardım qəbul edib. Təxminən 24 min ton ötən həftə çatdırılıb”, - Zarivna qeyd edib.

O vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ukraynaya yardım üçün maddi yardım toplanmasını davam etdirir. Zarivna xarici dövlət institutları, beynəlxalq xeyriyyə təşkilatları və fərdlər tərəfindən ayrılmış vəsaitlərin əsasən müxtəlif ölkələrdəki ukraynalı qaçqınlara yardım məqsədi ilə istifadə edildiyini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR