NATO Baş katibi Yens Stoltenberq və Gürcüstan Baş naziri İrakli Qaribaşvili Brüsseldə görüşüb.
APA xəbər verir ki, bu barədə Stoltenberq “Twitter”də bildirib.
“NATO-nun yaxın tərəfdaşı olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşdüm. Biz Rusiyanın Ukraynadakı qeyri-qanuni müharibəsini müzakirə etdik. NATO hər bir ölkənin suverenliyini, ərazi bütövlüyünü və öz yolunu seçmək hüququnu, həmçinin Gürcüstanın Avro-Atlantika məkana inteqrasiya istəklərini tam dəstəkləyir”, - Stoltenberq bildirib.
***
16:27
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə NATO-nun internet saytında məlumat paylaşılıb.
Qeyd olunub ki, Yen Stoltenberq mayın 18-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edəcək.
***
14:11
NATO Baş katibi Yens Stoltenberq və Gürcüstan Baş naziri İrakli Qaribaşvili arasında keçiriləcək görüş ləğv olunub.
APA xəbər verir ki, bu barədə NATO-nun saytında məlumat verilib.
Qeyd edək ki, bu günə planlaşdırılan görüş Gürcüstan Baş nazirinin Brüsselə səfəri çərçivəsində baş tutacaqdı. Görşün ləğv olunmasının səbəbi açıqlanmayıb.