Tbilisidə 4 nəfərə soyuq silahla hücum edilib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün paytaxtın İsani rayonu ərazisindəki Dirsi yaşayış kompleksində baş verib.
Xəbərə görə, 1984-cü il təvəllüdlü şəxs soyuq silahla biri azyaşlı olmaqla, dörd nəfəri yaralayıb.
Yaralılar xəstəxanaya çatdırılsa da, onlardan 1979-cu il təvəllüdlü G.S-nın həyatını xilas etmək mümkün olmayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları bu gün cinayəti törətməkdə şübhəli bilinən şəxsi “isti izlər”lə saxlayıb.