Türkiyə hökuməti taxıl dəhlizini müzakirə edəcək

Türkiyə hökuməti taxıl dəhlizini müzakirə edəcək
# 01 avqust 2022 18:22 (UTC +04:00)

Ankarada Türkiyə Nazirlər Kabinetinin iclası başlayıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, iclasa ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edir.

İclasda taxıl dəhlizi, Ukraynanın Odessa limanından ilk ticarət gəmisinin yola düşməsi, terrorla mübarizə və xarici siyasət məsələləri, həmçinin, Prezident Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin cümə günü Soçidə baş tutacaq görüşünə hazırlıqlar da müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR