Türkiyə Təbiblər Birliyinin sədrinə hökm oxunub

Türkiyə Təbiblər Birliyinin sədrinə hökm oxunub
# 11 yanvar 2023 15:08 (UTC +04:00)

Türkiyə Təbiblər Birliyinin sədri Şebnem Korur Fincancı 2 il 8 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, məhkəmə onun Türkiyə Silahlı Qüvvələri ilə bağlı dediyi fikirlər əsasında “Silahlı terror təşkilatının təbliğatı” ittihamı qərarını verib.

Qeyd edək ki, Şebnem Fincancı Türkiyə Silahlı Qüvvələrinin terrorçulara qarşı kimyəvi silahdan istifadə etdiyini iddia edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR