Türkiyə milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Oleksi Reznikov ilə telefon danışığı aparıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, danışıq zamanı nazir Akar Ukrayna limanlarında gözləyən ticarət gəmiləri və A400M təyyarələrinin Türkiyəyə təhlükəsiz gətirilməsinin təmin edilməsi mövzularına toxunub.